Layihə haqqında məlumat

  • Kateqoriya : Human Resources
  • Müştəri : John Carter
  • Başlama tarixi : 10 iyul 2025
  • Bitmə tarixi : 29 avqust 2025
  • Müddət : 2 Month

Beynəlxalq Yoqa Günümünasibətilə Rabitəbank əməkdaşları intensiv iş tempinə qısa fasilə verərəkaçıq havada təşkil olunan yoqa sessiyasında iştirak ediblər.Tədbir iştirakçılarınagündəlik iş ritmindən uzaqlaşaraq həm bədənlərini, həm də zehinlərinibalanslaşdırmaq imkanı yaradıb.

Açıq havada keçirilən sessiya zamanı əməkdaşlarbalansın, sakitliyin və enerjinin gücünü hiss edərək sağlam həyat tərzinin əhəmiyyətinibir daha yaxından təcrübə ediblər.

Müasir iş mühitində məhsuldarlığınyalnız fasiləsiz fəaliyyətlə deyil, eyni zamanda düzgün istirahət və daxilitarazlıqla da bağlı olduğunu nəzərə alan Rabitəbank əməkdaşlarının rifahına yönəlmiştəşəbbüsləri davam etdirir. Bəzən daha məhsuldar olmaq üçün sadəcə dayanmaq, nəfəsalmaq və özünə fokuslanmaq kifayətdir.

Tədbirin ərsəyə gəlməsindəgöstərdikləri dəstəyə görə Swing Yoga komandasına, eləcə də sessiyanı peşəkarlıqlaidarə edən Gülnar xanıma təşəkkürümüzü bildiririk.Əməkdaşların fiziki və psixoloji rifahını dəstəkləyən bu kimi təşəbbüslər Rabitəbankın korporativ mədəniyyətininvacib hissələrindən biridir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildənetibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasındamüştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankınnizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi,rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinədəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları“Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu vəiş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur. Hal-hazırda“Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi,78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri,İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə özmüştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləritəqdim edir.