Layihə haqqında məlumat

  • Kateqoriya : Human Resources
  • Müştəri :
  • Başlama tarixi : 21 iyun 2026
  • Bitmə tarixi : 29 avqust 2025
  • Müddət :

Atalar Günü münasibətilə Rabitəbank əməkdaşlarının övladları ilə səmimi müsahibələrdən ibarət xüsusi layihə həyata keçirib. Layihə çərçivəsində uşaqlar atalarını öz baxış bucaqlarından təsvir edərək onlara olan sevgilərini, hörmətlərini və düşüncələrini bölüşüblər.

Hər gün işə gələn, məsuliyyət daşıyan, vacib qərarlar verən insanlar var. Onlar həmkarları üçün peşəkar, müştəriləri üçün etibarlı tərəfdaşdırlar. Lakin onları ən yaxşı tanıyanlar iş yoldaşları deyil, övladlarıdır.
Hazırlanan müsahibələrdə uşaqlar atalarının iş həyatından çox, onların ailədəki rolundan, qayğıkeşliyindən və gündəlik həyatda onlar üçün ifadə etdiyi mənadan bəhs ediblər. Beləliklə, peşəkar uğurların arxasında dayanan insan tərəfi və ailə dəyərləri ön plana çıxarılıb.

Layihənin əsas məqsədi iş həyatının peşəkarlığı ilə ailə həyatının sevgisini bir araya gətirən ataların əməyini və fədakarlığını vurğulamaqdır. Həm işdə, həm də evdə ən yaxşısını etməyə çalışan bütün ataların Atalar Günü mübarək!

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.